Türkiyədə istirahət etdiyi üçün MSK sədri vəzifəsindən azad edildi 

12:40 30.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Kirov vilayəti Seçki Komissiyasının sədri Maksim Finçenko ötən ilin yayında Türkiyədə istirahət etdiyi üçün vəzifəsindən azad edilib. O, "dövlət məmuru olaraq NATO ölkələrindən birində istirahət etdiyi üçün" cəzalandırılıb. 

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, Finçenko ötən yay Türkiyədə tətil etdiyini boynuna alıb, lakin səfərindən əvvəl əyalət rəhbərliyinə məlumat verdiyini deyib. Keçmiş seçki komissiyasının sədri məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

“Başa düşmürəm ki, lotereya niyə mənə dəyib”, - deyən Finçenko digər məmurların da Türkiyədə istirahət etdiyinə eyham vurub. Sabiq məmur qərarın daxili siyasətlə bağlı olduğunu təxmin etdiyini bildirib.

Rusiya Federasiyası Mərkəzi Seçki Şurasının Maksim Finçenkonun yerinə yeni məmur təyin edəcəyi gözlənilir.